“Baydenin açıqlaması üçüncü dünya müharibəsinə səbəb ola bilər” - Politoloq

11 İyun 2021 16:29    119 Baxış   
“Baydenin açıqlaması üçüncü dünya müharibəsinə səbəb ola bilər” -  Politoloq

ABŞ Rusiyadan yanıqlıdır. ABŞ-ın illərdən bəri özü haqda formalaşdırdığı imic dağılır və bunda Rusiyanın xüsusi rolu olub. Bayden indi buna görə Moskvanı cəzalandırmaq istəyir. Onun bunu etməkdən başqa yolu da qalmayıb”.

Dominant.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüş ərəfəsində Moskvanı zərərli fəaliyyətlə məşğul olmaqda davam edəcəyi təqdirdə cəzalandırılacağı barədə dediyi fikirə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun fikrincə, Baydenin bu fikirləri əslində təhdid deyil: "ABŞ əvvəlki hökmran möveyini geri qaytarmaq istəyir. Onun bu istəyinin qarşısında duran qüvvə isə Rusiyadır”.

Həmsöhbətimizə görə, Baydenin bu çıxışı ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərini xatırladır: "O zaman SSRİ-ni dağıtmamışdan öncə ABŞ onu insan haqlarını pozmaqda, qeyri-şəffaflıqda, korrupsiyada ittiham edirdi. Sonda bu ittihamlar öz nəticəsini verdi. Hazırda Vaşinqtonla Moskva arasındakı münasibətlər soyuq müharibə səviyyəsindədir”.

C. Nuriyev hazırkı dünyada ikifikirliliyin olmasını mümkün hesab etmir: "Bu dünyada kimsə söz sahibi olmalıdır, ikifikirliliyin olması mümkünsüzdür. ABŞ özünü dünyanın bir nömrəli super gücü hesab edir. Bu əsasda da düşünür ki, dünyanın gələcəyi ABŞ-ın qoyduğu qaydalarla müəyyənləşməlidir”.
Həmsöhbətimiz düşünür ki, mövcud qarşıdurma üçüncü dünya müharibəsinə rəvac verə bilər: "Amma Bayden də sabit siyasətçilərdən deyil. Ola bilər, Putinlə onun danışığı yarımçıq qalsın. Ondan sonra gərginlik daha da arta bilər. Ən azından görüşdən heç bir müsbət nəticə gözləmirəm. Çünki Putin də dünyanı təhdid etməkdə davam edir”.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar