BDU-nun 11 qrupu distant təhsilə keçib

29 Noyabr 2021 14:57    210 Baxış   
BDU-nun 11 qrupu distant təhsilə keçib

Bakı Dövlət Universitetinin (BDU) ümumilikdə 11 qrupu COVID-19 virusuna görə distant təhsilə keçib.

Dominant.az xəbər verir ki, bu barədə Trend-ə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, həmin qruplar Kimya, Fizika və Hüquq fakültələrindədir.

"İki həftəlik karantin müddəti başa çatdıqdan sonra həmin qruplar yenidən əyani tədrisə keçəcək. Müəllimlər arasında isə koronavirusa yoluxma halı baş verməyib" - deyə, Günel Orucəliyeva əlavə edib.

BDU-da təhsil alan xarici tələbələrin əyani tədrisə cəlb olunmasına gəlincə isə qurum rəsmisi qeyd edib ki, bütün xarici tələbələr ölkəyə gəlib:

"Koronavirus pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən xarici tələbəmiz yoxdur", - deyə o bildirib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar