Bəhram Bağırzadə ilə bağlı daha bir iddia

30 Noyabr -0001 20:30    332 Baxış   
Bəhram Bağırzadə ilə bağlı daha bir iddia
“Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım. Sonra “İnstagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədə yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi. Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.

Dominant.az xəbər verir ki, bu barədə Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

“Bəhram hər zaman qarşısındakı şəxsləri sevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün “What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı"-deyə Dadaşova bildirib








Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar