Bəhram Bağırzadənin son durumu

19 İyun 2020 22:06    274 Baxış   
Bəhram Bağırzadənin son durumu
"Bəhram Bağırzadənin səhətində ciddi dəyişiklik yoxdur, vəziyyəti kritik olaraq qalır"

Dominant.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev ATV kanalında yayımlanan “ATV xəbər” proqramına verdiyi müsahibəsində deyib. B.Musayev Əməkdar artistin sağlamlığında cüzi irəliləyişin olduğunu bildirib: “Müəyyən laborator rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir. Lakin Bəhramın vəziyyəti hələ də ağırdır”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar