Belarusda son vəziyyət - 2 mindən çox insan saxlanılıb

11 Avqust 2020 16:02    325 Baxış   
Belarusda son vəziyyət -  2 mindən çox insan saxlanılıb
Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən 2 mindən çox insan saxlanılıb.

Dominant.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

ölkənin Daxili İşlər Nazirliyi onu da bildirib ki, Belarusda prezident seçkilərinin nəticələrinə qarşı başlayan etiraz aksiyaları zamanı nümayişçilərlə toqquşmada güc strukturlarının 21 əməkdaşı yaralanıb.

Məlumata görə, xəsarət alan 21 əməkdaşdan 5-i xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar