BMT-də Əfqanıstanla bağlı konfrans keçiriləcək

04 Sentyabr 2021 16:56    526 Baxış   
BMT-də Əfqanıstanla bağlı konfrans keçiriləcək

BMT Baş katibinin sözçüsü Stefan Ducarrik Əfqanıstana həyati əhəmiyyətli humanitar yardımların davam etdirilməsi üçün Cenevrədə yüksək səviyyəli bir konfransın keçiriləcəyini açıqlayıb.

Dominant.az xəbər verir ki, Ducarrik BMT baş katibi Antonio Quterreşin də konfransda iştirak edəcəyini bildirib:

"BMT-nin Əfqanıstanda humanitar yardımı davam etdirmək üçün 1,3 milyard dollarlıq maliyyə dəstəyinə ehtiyacı var, lakin bu maliyyələşmənin yalnız 39 faizi bu günə qədər tamamlanıb. BMT-nin humanitar fəlakət riski ilə bağlı xəbərdarlıq etdiyi Əfqanıstanda 38 milyon insanın yardıma ehtiyacı var".

BMT rəsmiləri hər üç Əfqanıstan vətəndaşından birinin qida tapmadığını söyləyir. 5 yaşdan kiçik Əfqan uşaqlarının təxminən yarısının önümüzdəki 12 ay ərzində aclıqla üzləşə biləcəyi təxmin edilir.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar