Bu ərazilərdə qaz kəsiləcək

09 Sentyabr 2021 20:12    951 Baxış   
Bu ərazilərdə qaz kəsiləcək

“Böyük-Şor" QPS-dən “30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin “Böyük-Şor QPS - Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində 2 ədəd siyirtmənin quraşdırılması məqsədilə 10.09.2021-ci il tarixində saat 09:00-dan paytaxtın 4 rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq.

Dominant.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Təmir zamanı Nizami rayonunun (tam olaraq), Xətai və Nərimanov rayonlarının bir hissəsinin, həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin həm əhali, həm də sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar