Bu həzin havalarda küləkləri əyləndirən yelləncək...

07 Avqust 2020 21:26    528 Baxış   
Bu həzin havalarda küləkləri əyləndirən yelləncək...
Dominant.az jurnalist-yazar Əcəmi Əsədullanın "Sənsiz və səssiz park"
şeirini təqdim edir:


Pas tutmuş atraksion,
sütununa bağlanmış
göydə üzən
çərpələng,
Bu həzin havalarda
küləkləri əyləndirən
yelləncək
səni xatırladır.

Bu parkda hər şey köhnədir.
Burada hər şey yararsız.
Uşaqların sevinc səsi,
dondurma satanın
"buz kimi marojna" deməsi
eşidilir hər dəfə.
Bu köhnə kimsəsiz parkda
bu da arsız-arsız
səni xatırladır.

Burada hər şey sənə bənzəyir.
Dəmir parçaları
saçın kimi sarılıb.
Skamyalar
güldüyün zaman
göz qırışın tək cızılıb.
Yalnız bu kötüyü yazılmış ağac
gözlərin kimi
saf və yam-yaşıl qalıb.
İçində zərrə qədər qorxu yox.
Bu parkda her yer sən qoxur, yox?
Hər yer səni xatırladır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar