Bu jurnalistlər üçün son zəng yenidən çalındı - FOTOLAR

14 İyun 2022 18:03    3965 Baxış   
Bu jurnalistlər üçün son zəng yenidən çalındı -  FOTOLAR

Bu gün 2021-2022-ci tədris ilinin sonuncu zəngi çalındı. 91 188 şagird 11 il təhsil aldıqları məktəbə “əlvida” deyib, yeni həyata qədəm qoydular. Onlardan 23 505-i isə Bakı məktəblərinin payına düşdü.

Dominant.az xəbər verir ki, builki məzunlar arasında tanınmış jurnalistlərin övladları da var.


Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun qızı Nuray Bakı Atatürk Liseyindən məzun oldu.



Həmçinin BDU Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının müdiri, ARB24 MMC-nin direktor müşaviri Aynur Nəsirovanın qızı Fidan bu il Gənc İstedadlar liseyini bitirdi.



Uzun illərdir “Yeni Müsavat” qəzetində çalışan jurnalist Elşad Paşasoyun qızı Aydan da builki məzunlar sırasındadır.



"Space" televiziyasının Xəbərlər depertapentinin baş redaktoru Zahir Nurəliyev və həyat yoldaşı, jurnalist Rəna Nurəliyeva da bu günün sevincini yaşayanlardandır. Onların qızı da məzunlar sırasındadır.



İctimai televiziyanın redaktoru Esmira Qasımovanın qızı Zümrüd də bu gün məktəblə vidalaşan şagirdlərdən biri oldu.



Media məsələləri üzrə ekspert, tanınmış hüquqşünas Ələsgər Məmmədlinin oğlu Əhməd də bu gün 11-ci sinfi bitirdi.



Tanınmış jurnalist Raminə Eyvazqızının oğlu üçün də bu gün son zəng çalındı.



Övladının son zəngi çalınan jurnalistlərdən biri də Ülviyyə İsmayılovadır. Onun oğlu bu il 11-ci sinfi bitirdi.



Bu gün, həmçinin Baku TV-nin 4 əməkdaşının övladı həmin məzunlar sırasındadır. Baku TV-nin redaktoru Aytən Telmanqızının oğlu Əli də məzun oldu.


Baku TV-nin əməkdaşı, hərbi jurnalisti Fərdin İsazadə də oğlunun son zəng sevincini yaşadı.


O cümlədən Baku TV-nin əməkdaşı Gülnar Muradovanın oğlu da bu gün 11-ci sinfi bitirdi.


Həmçinin Baku TV-nin redaktoru Rumiyyə Miraslanın qızı Zəhra Bakı Atatürk Liseyindən məzun oldu.



Bakı Atatürk liseyini bitirən 11-cilər arasında arasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti, Beynəlxaq radionun əməkdaşı Şəmsiyyə Əiyevanın oğlu Vüsal da var.



O cümlədən Olaylar.az saytının əməkdaşı, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin oğlu Məhəmməd Bakı Atatürk liseyini bitirdi.



Xəzər televiziyasının tanınmış aparıcısı Leyla Mustafayevanın qızı Selcan da Bakı Atatürk Liseyinin məzunları arasındadır.



Dominant.az kollektivi adından övladı 11-ci sinfi bitirən jurnalistləri, o cümlədən bütün məzunları təbrik edirik. Bundan sonrakı həyat və elm yollarında hər birinə uğurlar arzu edirik. Vətənə, millətə layiq, xeyirli vətəndaşlar olmalarını diləyirik.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar