Çin ABŞ-ı İrana qarşı sanksiyaları təxirə salmağa çağırır

05 Yanvar 2021 13:12    378 Baxış   
Çin ABŞ-ı İrana qarşı sanksiyaları təxirə salmağa çağırır

ABŞ vaxt itirmədən İranla bağlı nüvə razılaşmasının yerinə yetirilməsinə qayıtmalı və bütün sanksiyaları aradan qaldırmalıdır.

Dominant.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvandi ölkəsinin Fordodakı nüvə obyektində uranı 20 faizə qədər zənginləşdirdiyini bəyan etmişdi. Məsələni İran Parlamenti də qanuniləşdirmişdi. ABŞ tərəfi isə bunu nüvə şantajı kimi qəbul etdiyini açıqlamışdı.

"İndi an əsas vəzifə ABŞ-ın heç bir gecikdirici şərt qoymadan İranla bağlı nüvə sazişində göstərilənləri yerinə yetirməsinə kömək göstərməkdir. Eyni zamanda bütün sanksiyalar aradan qaldırılmalıdır ki, saziş üzrə nəzərdə tutulan fəaliyyət həyata keçsin", - deyə Çinin XİN təmsilçisi vurğulayıb. O bildirib ki, hazırda İranın nüvə proqramı ətrafındakı vəziyyət çox mürəkkəb və həssasdır.

Xua Çun həmçinin bildirib ki, Çin bütün tərəfləri sakitliyi qorumağa, dözümlü olmağa, vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq hərəkətlərdən uzaq dayanmağa, diplomatik səylərin göstərilməsi üçün meydan verməyə çağırıb.

Qeyd edək ki, nüvə razılaşmasına əsasən İran uranı 3,67 faiz həcmində zənginləşdirə bilər. Ancaq Tehran bir il öncə qoyulmuş məhdudiyyətdən imtina etdi.

"Baki-Baku.az"


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar