Çin alimlərindən koronavirusla bağlı sevindirici xəbər

11 İyun 2020 11:45    411 Baxış   
Çin alimlərindən koronavirusla bağlı sevindirici xəbər
Çin alimləri tərəfindən COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

Dominant.az xəbər verir ki, nəticələr ümidverici olub.

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar