COVID-19-a qarşı ilk vaksin qeydiyyatdan keçdi - Prezidentin qızı peyvənd olundu

11 Avqust 2020 14:42    346 Baxış   
COVID-19-a qarşı ilk vaksin qeydiyyatdan keçdi -  Prezidentin qızı peyvənd olundu
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

Dominant.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Qeyd edək ki, prezident V.Putin ötən gün Rusiya sakinlərinin 60 faizinin qripdən peyvənd olunması barədə hökumətə tapşırıq vermişdi. Qərara əsasən, peyvənd olunanların 75 faizi risk qrupuna daxil olan sakinlər olmalıdır.

V.Putin əlavə edib ki, koronavirusa qarşı preparat qeydiyyata alındıqdan sonra əhali üçün əlçatan olacaq.

Rusiya Prezidenti hökumət üzvləri ilə keçirdiyi iclasda, qızının da COVID-19 infeksiyasına qarşı peyvənd olunduğunu açıqlayıb.

V.Putin vurğulayıb ki, birinci peyvənddən sonra qızının hərarəti 38 dərəcə, növbəti gün isə 37-dən bir qədər çox olub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar