Covid-19 niyə azğınlaşıb - Xərçəngi sağaldan jurnalistdən məsləhət

03 Aprelel 2021 19:29    2888 Baxış   
Covid-19 niyə azğınlaşıb -  Xərçəngi sağaldan jurnalistdən məsləhət

Baharın ilk ayları vitaminlərin, üzvi duzların və digər faydalı elementlərin, eləcə də günəş işığının qıtlığı dövrü olmaqla yanaşı, həm də ət-yağ və un-şəkər qidalarının bolluğu ilə seçilən dövrdür. Elə buna görə də yazda orqanizmin immun sistemi çox güclü formada zəyifləyir və xəstəlikdən ölənlərin sayı, bir qayda olaraq, xeyli artır.

İndi, koronavirusla bağlı qoyulmuş qadağalar dövründə yaranan havasızlıq, günəşsizlik, hərəkətsizlik də immun sistemini zəyiflədir və virusun meydan sulamasına əlverişli şərait yaradır.
Bu gün immun sistemini möhkəmlətmək üçün üzümüzü ANA TƏBİƏTƏ tutmağa daha böyük ehtiyac var. Bunun əvəzinə biz, pinti mədənin diktəsinə tabe olaraq, süfrədə şəfa mənbəi olan meyvə-tərəvəzi sıxışdırır, onun yerini “dadlı” və yüksək kalorili xörəklərə veririk. Elə bilirik ki, immun sistemini ancaq belə xörəklərin köməyi ilə gücləndirmək olar. Tamam yanlış mülahizədir. Süfrədə dadlı yüksək kalorili ölü qidalar çoxaldıqca immun sistemi zəifləyir.

İmmun sistemini gücləndirmək üçün aşağıdakı tədbirləri həyata keçirmək zəruridir:

1.Saat 22-də yatıb, 06-da durmaq.

2.Ən azı 2 saat bədən tərbiyəsi ilə məşqul olmaq. Yapon alimi Nişinin təmrinləri bütün hərəkətləri (bax “möcüzəsiz möcüzə” kitabı) əvəz etməyə qadirdi.

3.Bir stəkan çiy suya 1 çay qaşığı alma sirkəsi qatıb, ilıq şəkildə, qurtum-qurtum içmək.

4.Subtropik meyvələrin (limon vacibdir) və almanın püresini yemək.

5.Təbii pencərlərdən (tərə) və əkimə tərəvəzlərdən, eləcə də qoz-fındıq ailəsindən və tumlardan, çiy şəkildə bol-bol istifadə etmək. Nəzərə alın ki, kök, çuğundur, xiyar, turplar, kartof, yeralması, kələm, pomidor, soğan, sarımsaq, şüyüd, keşniş, kərəviz, cəfəri, ispanaq, dağ keşnişi və digər bitkilər çiy şəkildə orqanizimin immun sistemini ideal vəziyyətdə saxlamağa qadirdi. Ət, yağ, şirin çay, konfet, şokalad, tort, şirniyat, çay, kofe isə hər cürə virusu gücləndirən qidalardı.

Bir daha xatırladıram: insan özünə ya həkimdir, ya qənim. Özünüzə qənim olmayın, həkim olun. O zaman azar-bezar sizdən uzaq gəzəcək. Üzünüz həmişə güləcək.

Ərşad Əzimzadə, “Ana Təbiət” NGM-nin rəhbəri,
yazıçı-jurnalist



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar