COVID-in 2-ci partlama ehtimalının çox güclü olduğu həftədir - Həkim xəbərdarlığı

12 Oktyabr 2020 13:06    409 Baxış   
COVID-in 2-ci partlama ehtimalının çox güclü olduğu həftədir -  Həkim xəbərdarlığı

Tanınmış həkim-farmakoloq Müşfiq Hüseynov əhaliyə xəbərdarlıq edib.

Dominant.az xəbər verir ki, M.Hüseynov qarşıdakı günlərdə əhalidən diqqətli olmağı xahiş edib:

"Bu həftə həm həlledici döyüşlər həftəsidir, həm də artıq unutduğumuz COVID-in 2-ci partlama ehtimalının çox güclü olduğu həftədir. Hamıdan xahiş edirəm, hətta yalvarıram, özünüzü qoruyun, sosial məsafəni gözləyin, maska taxın, gigiyenik qaydalara əməl edin. Belə həssas məqamda xəstəxanalara, reanimatoloq həkimlərə arxivacib ehtiyac var".

"Bu gün arxa cəbhədəkilərin iki vacib işi var. 1. Virusdan qorunmaqla həkimlərimizin diqqətini tamamən yaralılara yönəltmək. 2. Sosial şəbəkələrdə dövlətimizə və Ordumuza arxa durmaq. Özünüzü qoruyun ki, ölkə rəhbərliyinin diqqəti və gücü iki cəbhəyə yayılmasın. Orduya sağlam dəstək olaq.", - deyə həkim qeyd edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar