Daha 5 müəssisəyə Rusiyaya alma ixrac etməyə icazə verilib

28 Sentyabr 2021 18:05    851 Baxış   
Daha 5 müəssisəyə Rusiyaya alma ixrac etməyə  icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 5 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.

Dominant.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumatda deyilir ki, bu qərar fitosanitar monitorinqinin təhlilinin nəticələrinə əsasən, həmçinin Azərbaycannın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib. Həmin sahibkarlıq subyektləri Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "CTC Holdinq" MMC, Xətai rayonunda fəaliyyət göstərən "Ay Agro" MMC, Quba rayonunda fəaliyyət göstərən “Eа-Fruits" MMC, Saleh Cəfər oğlu Ərəbov və Şaulova Lyudmila İsayevnadır.

Bununla da, Azərbaycandan Rusiyaya alma ixrac etməyə icazə verilmiş dən müəssisələrin sayı 70-ə çatıb.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar