Daha iki ölkə Belarusdakı seçkinin nəticələrini tanımadı

18 Avqust 2020 13:01    288 Baxış   
Daha iki ölkə Belarusdakı seçkinin nəticələrini tanımadı
Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

Dominant.az xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında bildirilib.

İrlandiyanın xarici işlər naziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri legitim deyil: “Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.

Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticələrini saxta olduğunu və azad və ədalətli səsvermə keçirməyə çağırıb. O, ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib. Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar