Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

13 May 2021 11:31    306 Baxış   
Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də işğaldan azad edilən ərazilərə qaçaq yollarla gedənlər var.

Dominant.az xəbər verir ki, 7 günlük bayram tətilini fürsət bilən bəzi şəxlər, ata-baba yurdlarına, yaxınlarının məzarını ziyarət etməyə getmək istəyənlərin ola biləcəyini ehtimal edən polis, həmin ərazilərdəki postlarda nəzarəti artırıb. Daxili İllər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyir ki, işğaldan azad edilmiş ərazilərdə hələ də təhlükə var.

Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini tövsiyyə edir.

Elşad Hacıyev deyir ki, müvafiq icazə almadan, nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçməsi onların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, icazəsiz həmin ərazilərə keçənlər cərimə olunacaq və işin hallarına görə də cinayət işi başlanacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar