Deputat jurnalisti təhqir etdi: “Alovunu söndürmək lazımdı”

20 İyul 2020 18:42    1869 Baxış   
Deputat jurnalisti təhqir etdi: “Alovunu söndürmək lazımdı”
Dünən jurnalist Ülviyyə Alovlunun cəbhə xətti ilə bağlı yaydığı qeyri-rəsmi, dəqiqləşdirilməmiş məlumat sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.

Dominant.az xəbər verir ki, bir sıra tanınmış jurnalistlər Ü.Alovluya bu barədə ciddi irad bildiriblər.

"REAL” TV-də Baş redaktorun müavini Mahir Məmmədli bu barədə yazıb: “Ülviyyə Alovlu adlı sosial şəbəkə istifadəçisi təxribat xarakterli video paylaşıb və videoya haqq qazandırıb. Çox izah eləməyə çalışdıq ki, bu, “fake” xəbərdir. Amma israr etdi ki, “siz bilmirsiniz, iki postu ermənilər alıb”. Şəhid generalımıza "Generalınız" deyə xitab etməsi də öz yerində. Sonra bütün etiraz edənləri dostluqdan çıxartdı. Xatırladım ki, bu, Ülviyyə Alovlunun ilk provakasiyası deyil. Bu il martın 19-da oxşar hərəkətlərə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ona xəbərdarlıq edilib. Görünür, xəbərdarlığın faydası olmayıb. Mən hüquq-mühafizə və təhlükəsizlik orqanlarını məsələyə müdaxilə etməyə çağırıram”.


"AzVision" saytının baş redaktoru Vüsal Məmmədov urnalistin səhvinin nədən ibarət olduğuna aydınlıq gətirib: “Ülviyyə Alovlunun səhvi və günahı nədir? Öz dövlətimizin yox, düşmənin dediyinə inanmaq və yaymaq. Bəli, böyük səhvdir. Amma bir dəqiqə düşünək: Yaxşı, bəs Tural Sadiqli, Gündüz Ağayev, Həbib Müntəzir, Sevinc Osmanqızı, onlar kimi daha neçə-neçə "bloger" nə ilə məşğuldurlar ki? Onlar da düşmənin dediyini bizə təlqin edirlər də. Özü də daha böyük ustalıqla və quyruq ələ vermədən. Sadəcə, Ülviyyə şou-biznes adamı olduğu üçün bunu ehtiyatsızlıqla, bir qədər həyasızlıqla etməklə, hamını qıcıqlandırıb. O birilər isə siyasət təcrübəsi və xüsusi hazırlığı olan adamlardırlar, Ülviyyənin səhvini buraxmadan, insanları qıcıqlandırmadan onun etdiyini xımır-xımır daha təhlükəli formada edirlər. Əməlləri formaca fərqli görünsə də, mahiyyətcə eynidir. Aldanmayaq, eyni münasibət onlara qarşı da göstərilməlidir”.


Deputat Fazil Mustafa isə jurnalistin bu addımına daha kəskin reaksiya verib: “Ülviyyə Alovlu adlı bu simasız məxluq məqsdəyönlü şəkildə ermənilərin maraqlarına xidmət edir. Fikrimcə bunun hüquqi yollarla ermənilər tərəfindən yandırılan alovunu söndürmək lazımdır. Sırf erməni tezislərini tirajlamaqla məşğuldur”.

Qeyd edək ki, xeyli sayda iradlardan sonra Ü.Alovlu paylaşdığı postu silməyə məcbur olub.







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar