Deputatın dəstəyi ilə Neftçalada şəhidlərin xatirəsi əbədiləşdirilir - FOTOLAR

06 İyul 2020 15:12    1269 Baxış   
 Deputatın dəstəyi ilə Neftçalada şəhidlərin xatirəsi əbədiləşdirilir -  FOTOLAR
Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.

Dominant.az xəbər verir ki, Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının rayonda növbəti gördüyü iş də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Artıq Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılması işinə başlanılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərindəki işlər bu günlərdə başa çatacaq.

Bundan başqa, S.Rüstəmxanlının təşəbbüsü və dəstəyi ilə Həsənabad qəsəbəsində şəhidlərin xatirəsinə park salınır. Parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman - Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaq. Həsənabad kəndində də işlərə balanılıb, yaxın vaxtlarda parkın istifadəyə veriləcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar