Deputatın oğurlanan samovarı tapıldı - Saxlanılan var

17 Aprelel 2021 15:49    678 Baxış   
Deputatın oğurlanan samovarı tapıldı -  Saxlanılan var

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə polisə müraciət daxil olub.

Dominant.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət etmişdi.

(Bakupost)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar