Deputatlar bu səbəbdən yığışır - Politoloq açıqladı

03 Avqust 2020 15:14    1116 Baxış   
Deputatlar bu səbəbdən yığışır -  Politoloq açıqladı
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyasının çağırılması ilə bağlı sərəncam imzalayıb.

Ölkədə hazırda mövcud olan həssas bir dönəmdə millət vəkillərinin növbədənkənar sessiya üçün toplanması cəmiyyətdə bir sıra suallar doğurub. Əksəriyyət düşünür ki, nə baş verir, növbədənkənar sessiyanın səbəb və ya səbəbləri nə ola bilər?

Politoloq Elxan Şahinoğlu Dominant.az-a açıqlamasında məsələ ilə bağlı öz ehtimallarını açıqlayıb.

E.Şahinoğlunun sözlərinə görə, növbədənkənar sessiya büdcə dəyişikliyi ilə bağlıdır: “Çünki epidemiya 5 aydır davam edir və işsizlik, sosial problemlər artır, bunları həll etmək lazımdır. Deməli, bu istiqamətdə büdcədən əlavə xərclər yönəldilməlidir. Böyük ehtimalla bu istiqamətdə hər hansı dəyişikliklər olacaq. Onun da nəticəsində Dövlət Neft Fondundan yenidən bir milyon manat büdcəyə istiqamətəndirilməlidir. Halbuki ilin əvvəlində bu, nəzərdə tutulmurdu”.


Politoloq növbədənkənar sessiyanın elə bir siyasi səbəbinin olduğunu düşünmür: “Əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. Mümkündür ki, büdcənin hərbi hissəsinə də yenidən baxılsın. Bu, həm ordu üçün vacibdir, həm də psixoloji savaşda önəmlidir”.

Qeyd edək ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ayın 5-də keçiriləcək iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Aytac Şabili



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar