Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu.
Dominant.az DİM-ə istinadən xəbər verir ki, bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib.
İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.
İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.