DİM xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirir

14 Fevral 2021 13:11    284 Baxış   
DİM xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirir
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlanıb.

İmtahanlar 2 saat 30 dəqiqə müddətində aparılacaq. İmtahanlarda iştirak etmək üçün 1537 namizəd qeydiyyatdan keçib.

Namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilir: Dinləyib-anlama bloku; Oxuyub-anlama bloku; Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar); Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).

Qeyd edək ki, doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1328 nəfər qeydiyyatdan keçib. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı (fevralın 15-də keçiriləcək) üzrə isə 5 nəfər imtahana yazılıb.

DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar