DİN və DSX-dən birgə əməliyyat

09 İyun 2021 12:25    358 Baxış   
DİN və DSX-dən birgə  əməliyyat

Zaqatala rayonunda silah-sursat aşkarlanıb.

Dominant.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisindən lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd qumbara, 6 ədəd qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka, 2 ədəd patron darağı və 20 ədəd patron tapılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar