"Dövlətimiz və dövlətçiliyimiz daha böyük təhlükə qarşısındadır" - Hazır olmalıyıq

18 İyun 2020 21:31    1939 Baxış   
"Dövlətimiz və dövlətçiliyimiz daha böyük təhlükə qarşısındadır" -  Hazır olmalıyıq
“Bir neçe aydır Dağıstanda Qullar kəndində həmvətənlərimiz cəmləşib. Onların az bir qismi ölkəyə buraxılıb, çoxusu ölkəyə buraxılmayıblar. İnternet üzərindən bir portal yaradılıb, ordan müraciət əsasında az-az ölkəyə buraxılırdı qalanlar. Bu barədə edilən etirazlarda vətəndaşlarımız tam haqlıdır. Rus tərəfdə 5000 rubl rüşvət alınaraq buraxıldıqları da bilinir. Məsələ bu deyil. Onlar siyasi oyun qurbanı olduqlarından xəbərsizdirlər! Ancaq onların normal yaşaması üçün kifayət qədərr büdcə ayrılsa da, ünvanına çatmayıb”.

Dominant.az xəbər verir ki, bunu tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli bildirib.



A.Səmədəbəyli daha sonra bunları deyib: “Sual olunur. Niyə bu hadisələr məhz bu gün (axı onlar neçə aydır ordadılar) internet üzərindən Prezidentin Şərq Tərəfdaşlığına qoşulacağımızı açıqlamasının ehtimal olunduğuna 2 gün qalmış baş verdi? Niyə vətəndaşlarımız o cür aşağılandı? Bu, Azərbaycan dövlətinə təzyiq və gözdağıdır! Dağıstandakı hadisələr Azerbaycanı Rusiya orbitindən çıxmağa imkan verməmək, hətta tam olaraq Rusiyanın əyaletinə çevirmək üçün ölkə içindəki 5-ci kalon ilə Moskvanın ortaq planıdır”.

“Hətta bu rusiyayanlı gücler ölkə içində çevriliş edərək, ölkəmizi ''Sovet respublikasına'' çevirməyə hazır hala gələcək qədər azğınlaşıblar. Vəzifə hirsi və kin bunları əsir alıb. Parlamentin Rusiyanın - Ramiz Mehdiyevin nəzarətində formalaşdırıldığı siyasətdən azca başı çıxan hər kəsə bəllidir. Rusiya ölkəmizdə kifayət qədər güclü dayaqlara sahibdir. Rus agentlərinin sayının 80.000 olduğu deyilir”, - deyə o vurğulayıb.

Aqil Səmədbəyli düşünür ki, belə bir vəziyyətdə İlham Əliyevin Rusiyaya, “Dağıstanda mənim vətəndaşlarıma qarşı olan hadisələrə görə Hərbi Parada qatılmayacağam” – deməsini gözləmək ancaq cahil adamın işi olar: “Dövlətimiz və dövlətçiliyimiz daha böyük təhlükə qarşısındadır. Milli güclər hazır olmalıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar