"Döyüşlər Azərbaycan ordusunun tarixi zəfəri ilə nəticələnəcək"

29 Sentyabr 2020 18:38    312 Baxış   
"Döyüşlər Azərbaycan ordusunun tarixi zəfəri ilə nəticələnəcək"
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva buğun qardaş Türkiyənin TRT, TGRT, “A Haber”, Ulusal TV və “Haber Global” televiziya kanallarına, habelə, türk dünyasının bir sıra media orqanlarına müsahibə verib.

Müsahibələrin mövzusu Ermənistanın sentyabrın 27-də, işğal edilmiş Azərbaycan torpaqlarından yeni hücumu və bu mənfur hücumun qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu başlatdığı əks-hücumla bağlı olub.

Komitə sədri müzəffər Azərbaycan ordusunun qısa vaxt ərzində ciddi uğurlar əldə etdiyini, düşmənin keçilməz sandığı mühəndis-istehkam səddini uğurla aşaraq, cəbhənin dərinliklərinə doğru irəlilədiyini bildirib. O, bu döyüşlərin Azərbaycan ordusunun tarixi zəfəri ilə nəticələnəcəyinə xalqın dərin inamı olduğunu deyib.

Qənirə Paşayeva qardaş Türkiyənin bu dəfə hər zaman olduğundan daha artıq dərəcədə Azərbaycanın haqlı davasının yanında olduğunu bildirib; o cümlədən qardaş ölkə mediasının informasiya dəstəyini xüsusi vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar