"Dünən Azərbaycanın yanında olduq, bu gün varıq, sabah da olacağıq" - Hulusi Akar

01 Avqust 2020 16:14    364 Baxış   
"Dünən Azərbaycanın yanında olduq, bu gün varıq, sabah da olacağıq" -  Hulusi Akar
“Azərbaycan türkü bizim qardaşımızdır. Biz həmişə bunu demişik, iki dövlət bir millətik. Yəni azərbaycanlılar bizim can qardaşımızdır. Oradakı Azərbaycan türkü ilə olan bizim münasibətlərimizi yaxşı anlamaq lazımdır. Biz kədərdə, sevincdə birik və bərabərik”.

Dominant.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“Azərbaycan torpaqlarının 20%-i 30 ildir ki Ermənistanın işğalı altındadır. Biz bu məsələdə azərbaycanlı qardaşlarımızın dünən də, bu gün də mübarizəsində yanlarındayıq. Dünən olduq, bu gün varıq, sabah da olacağıq. Bizim gördüyümüz işlər 12 iyul hücumundan sonra başlamış şeylər deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında var olan münasibətlərin davamıdır. Yəni bizim hər il keçirdiyimiz quru və hava təlimləridir. Türkiyədə, Azərbaycanda etdiklərimiz var, indi də edilənlər bundan ibarətdir”, - nazir vurğulayıb. (Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar