Cəsədləri kiçik hissələrə ayırıb ətyeyən quşlara yem edirlər

10 İyun 2020 09:43    734 Baxış   
Cəsədləri kiçik hissələrə ayırıb ətyeyən quşlara yem edirlər
Dünyamızı formalaşdıran müxtəlif cəmiyyətlərdə fərqli adət-ənənələr var.

Dominant.az-ın tədim etdiyi bu yazıda dünyada hələ də mövcud olan ən qeyri-adi ənənələrlə tanış ola biləcəksiniz.

1. Bali adasının sakinləri arasında doğuş və körpə ilə əlaqəli bir sıra ənənələr var. Məsələn, balililər körpələrin tanrı kimi doğulduğuna inandıqları üçün, uşaq 6 aylıq olana qədər onun ayaqlarının yerə toxunmasına imkan vermirlər. Altıncı ayını başa vurduqda isə bu kiçik tanrıların dünyada qalmağa qərar verdiklərinə əmin olub, körpə üçün böyük bir "addım mərasimi" keçirirlər.

2. Doğuşla əlaqəli maraqlı ənənələrdən biri də Hindistandadır. Solapur şəhərinin yerli sakinləri 9-11 aylıq körpələrini yüksək bir məbəddən atırlar. Solapur camaatı əvvəlcə Şeyx Umar Saheb Dargahın məzarı başında dua edirlər. Sonra körpələri, təxminən, 15 metr yüksəklikdən aşağıda uzadılmış mələfəyə tullayırlar. İnanırlar ki, bu, körpəni gücləndirir və ona şans gətirir.

3. Bənzər bir ənənə yaponlarda da var. Hər il keçirilən "Nakizuma" festivalında körpələr sumo güləşçilərinin qollarına verilir və ağlamaları gözlənilir. Ağlayan körpələrin sağlam böyüdükləri və gələcəkdə ağlamayacaqları güman edilir.


4. Skandinaviyada yaşayan valideynlərin övladlarının sağlam və güclü bir immunitet sisteminə malik olmaları üçün fərqli metodları var. Körpələr günortadan sonrakı yuxularını sıfır dərəcə soyuqda alırlar. Evlərin və ya kafelərin qarşısında uşaq arabasında yatmış körpələr görmək normal hesab olunur.

5. "Şeytan atlayışı" və ya "körpə üzərindən atlanması" olaraq tərcümə edilən ənənə, 1620-ci ildən bəri hər il İspaniyanın Castrillo şəhərində keçirilir. Şeytan kimi geyinmiş bir kişi yerdə yataqlar üzərinə uzadılmış bir yaşı tamam olmayan körpələrin üstündən tullanır. İnanca görə, bununla pis ruhlar uşaqlardan qovulur və körpələr vaftiz olunmuş sayılırlar.


6. "Göy üzü dəfni". Qədimdən qalan və hazırda Tibet ərazisində yaşayan türklərin keçirdiyi bu rituala əsasən, ölülər yüksək qayalara aparılır və kəsilərək kiçik hissələrə ayrılır. Tibet buddistlərinin inancına görə, cəsədin ət yeyən quşlar tərəfindən yeyilməsi ruhun cənnətə aparılması deməkdir. Bu qəribə ənənənin coğrafi şərtlərə təsir etdiyini düşünənlər var.


7. Dünyada iki insanın həyatını birləşdirmə prosesi - evlilik haqqında müxtəlif ənənələrə rast gəlmək olar. Məsələn, bəzi ölkələrdə tətbiq olunan, son dövrlər bizdə də geniş yayılmış "gəlin gətirmə" ənənəsini buna misal çəkmək olar. Bu ənənənin Orta əsrlər Avropasına söykənən maraqlı bir təməli var. İnanca görə, rəfiqələrinin gəlinlə eyni rəng geyilməsi pis ruhları çaşdırır və onlar gəlinin kim olduğunu başa düşə bilmirlər. Gəlinin üzünə duvaq örtülməsi isə eyni məqsədə xidmət edir. Duvaq gəlinin üzünü də pis ruhlardan gizlədir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar