Dünyada koronavirusa şükr etdirəcək xəstəliklər də varmış - FOTOLAR

06 Avqust 2020 10:04    1034 Baxış   
Dünyada koronavirusa şükr etdirəcək xəstəliklər də varmış -  FOTOLAR
Dünyada elə xəstəliklər var ki, bu xəstəliklər nəinki yoluxanları, hətta yoluxmuş xəstələri belə, qorxuya salır.

Dominant.az dünyadakı ən qorxunc hesab edilən 12 xəstəlik haqqında məlumatları təqdim edir:

1. Əzələlərin sümükləşməsi - Bədənin əzələləri sümüklərə çevrilən bu xəstəlik dünyada nadir təsadüf edilən xəstəliklərdən biridir.



2. Qan ağlama xəstəliyi - Bu xəstəliyə tutulanlar ağlayarkən gözlərindən qan gəlir. Müalicə edilməklə keçən xəstəlikdir. Bu xəstəliyə tutulanlar bəzən müalicəsiz, öz-özünə də sağala bilirlər.



3. Vəz xəstəliyi - Bədənin bəzi hissələrində vəz şəklində dayanmadan böyümə baş verir. Bu isə bədənin formasını pozur.



4. Vampir xəstəliyi - Bu xəstəliyin daşıyıcılarında dəri günəşə qarşı son dərəcə həssasdır. Günəş şüaları ilə ən kiçik təmas belə, dərinin yanmasına və ağrıya səbəb ola bilər.



5. Ağac xəstəliyi - Əl və ayaqlarda çıxan ziyillər nəticəsində bədənin dərisi ağac kökü və gövdəsinin şəklinə düşür. Sonra isə xəstəlik ura (bədxassəli şişə) çevrilir.



6. Nadir rast gəlinən bu xəstəlik xərçəng xarakterlidir. Fransada bu xəstəliyə tutulan 53 yaşındakı qadın eftenaziya olunmasını şəxsən prezidentdən istəmişdi. Ancaq bu xahiş qəbul edilməmişdi.



7. Xarici əl sindromu - Bu xəstəlikdə insan əllərindən birini idarə edə bilmir. Əl və qol öz-özünə hərəkət edir və hərəkətlərin xəstə tərəfindən dayandırılması mümkün deyil.



8. Böyümə xəstəliyi - Böyümə bədəndə, xüsusilə qollarda, ayaqlarda və üzdə davam edir. "Şrek" animasiyası böyümə xəstəliyinə tutulmuş dünyaca məşhur boksçu Maurice Tilletin həyatından ilhamlanaraq çəkilib.


9. Fil xəstəliyi - Fil adam sindromu olaraq da bilinən bu xəstəlik tropik bölgələrdə bəzi növ qurd sürfələrinin ağcaqanadlar vasitəsilə insan orqanizminə daxil olması zamanı baş verir. David Lançın məşhur filminin mövzusu "Fil xəstəliyi" idi.



10. Alisa möcüzələr diyarında xəstəliyi - Bu xəstəliyə tutulan insanlar obyektləri olduğundan daha kiçik görürlər.



11. Ölü adam xəstəliyi - Bu psixoloji xəstəliyə tutulan insanlar özünü ölü kimi hiss edir və çürüdüklərini düşünürlər. Onlar elə zənn edirlər ki, çürümüş hissələri bədənlərindən düşür.



12. Dərinin üstündə şişlərin böyüməsi və bütün bədənə yayılması ilə başlayan bu xəstəlik nadir xəstəliklərdəndir. Bu xəstəlik dünyada sadəcə bir-iki adamda var.


Hazırladı: Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar