Dünyanın ilk "qanuni oğrusu" - Ağdamlı Bəbir

18 İyun 2020 17:21    3679 Baxış   
 Dünyanın ilk "qanuni oğrusu" -  Ağdamlı Bəbir
Məlumdur ki, istər cəzaçəkmə müəssisələrində, istərsə də azadlıqda onlar hələ də mövcuddur və cəmiyyətin tabe olduğu ümumi, sivil qanunlarla yox, özlərinin yaratdığı “oğru qanunları” ilə yaşayırlar. Bu qanunların nə zaman yazılması barədə müxtəlif fikirlər var. Lakin keçmiş SSRİ-də ilk dəfə olaraq bu qanunları yazan, Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan, Ağdam rayonunda anadan olmuş Ürfan İbrahim oğlu Yusifli olub.

Kriminal dünyada Bəbir kimi tanınan bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatıb. Peterburq Tibb Universitetində təhsil alan Bəbir valideyinlərinin ona olan dəstəyinə, imkanlı şəxs olan atasının daima ona maddi yardım etməsinə baxmayaraq, cəmiyyətdə qarşılaşdığı sosial ədalətsliklərə etirazını bildirib, yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə göz yummayıb.

Onun ilk həbsi yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 10 illik həbs cəzası alan Bəbir Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb, "qara qanun" deyilən bir qaydalar sistemi yaratmaq qərarına gəlib. Ona bu qanunları yazmaqda Moğol imperatoru Çingiz xanın Yasası yardımçı olur. Beləliklə o, Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi adlanan Böyük Yasada nəzərdə tutulan maddələrlə ilk oğru qanunlarını yazır. Böyük Yasada yazılan ilk iki maddə oğru dünyasının qanunlarının bünövrəsinin qoyulmasına səbəb olur.

Qanun əsasında idarəçilik - Oğru qanunlarına görə, qara qanunda nəzərdə tutulan maddələr idarəçiliyin əsas bazası olmalıdır. Oğru dünyasının böyükləri nə qərar qəbul eləsə, digərləri onu müzakirə etmədən icra etməlidirlər.

Bərabərlik - Sosial mənşəyindən və rütbəsindən asılı olmayaraq, layiq olduğuna inandığı hər bir adam ğru dünyasına dəvət edilə bilər və buranın üzvü ola bilər. Qadağan edilən (zorakılıq, uşaqlara, hamilə qadınlara qarşı amansızlıq, oğrudan oğurlamaq və s) işlərdən başqa hər kəs bu böyük ailənin üzvü ola bilər.

Bəbirin əsas məqdəsi bu idi ki, oğrular ümumi xəzinəyə gələn vəsaitə nəzarət etmək, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar oğru adına layiq olanları öz cameələri içinə almaq, artıq özlərini təsdiqləmiş “brodyaqa”ları nəhəng “oğru ailəsi”nə dəvət etmək, həmçinin oğru adına ləkə gətirmiş şəxslər barəsində hökm çıxarmaq hüququna malikdirlər.

Böyük oğru ailəsinin yaradılmasına səbəb olan Bəbir 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndində sürgündə yaşayan Leninlə görüşür. Ona kommunist ideyalarına görə hörmət edir, amma dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşüb. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir.

Tümen vilayətində onlarla millətin və hər növ cinayətkarın olduğu həbsxanada özünə yüksək nüfuz qazanan Bəbirin barəsində 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski dəfələrlə şikayət məktubu yazsa da, oğru dünyasının ilk kralına qarşı ölkə rəhbərliyi heç bir iş görə bilmirlər. Çünki ölkədəki bütün həbsxanalara malyava-məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi.

1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt Peterburq şəhərində bir müddət yaşayır, həsbxanadan çöldə “xəzinə” yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayır.

Bəbirin sonrakı taleyi barədə isə mənbələrdə qısa məlumatlar var. Deyilənə görə, o, Türkiyəyə qaçıb, sonra Səudiyyə Ərəbistana Həcc ziyarətinə gedib. Orada da vəfat edib.

Dosent Zaur Əliyev


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar