Əlil arabasında sevgi

02 Sentyabr 2020 11:29    773 Baxış   
 Əlil arabasında sevgi
Dominant.az yazar-jurnalist Əcəmi Əsədullanın yeni şeirini tədim edir:

Əlil arabasında sevgi

Tanrım, gəl bu çarxı çevir
Bu zəlil nə haqla sevir?!
Nə olsun ki, gözü gülür,
Ürəkdən ki gülə bilmir!

Sanki buna layiq kimi
Tək ayaqlı aşiq kimi
Gecələr ölüm istəyib
Səhəri ki ölə bilmir!

Bu əlil arabasından
Öz zəlil xarabasından
Qəlbinə yollar da tapıb.
Səbəb bəlli, gələ bilmir!

Kaş xəyal qura biləydi
Sevdiyin ala biləydi,
Əlil arabasıyla,
Nə etsin ki, ala bilmir?!


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar