Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub?

14 Avqust 2020 15:35    331 Baxış   
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub?
Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Dominant.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam”.

Qeyd edək ki, bu gün mətbuatda E. Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulduğu ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.

Xatırladaq ki, Elmar Məmmədyarov Ermənstanin Tovuz təxribatı zamanı ölkə başçısının sərt tənqidlərinə məruz qaldıqdan sonra vəzifəsindən azad edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar