ƏNDAZƏ

13 Fevral 2022 20:19    790 Baxış   
ƏNDAZƏ

İsveçrədə referendum keçirildi. Heyvanlar və insanlar üzərində laboratoriya təcrübələrinin qadağan edilməsi və bu təcrübələr sayəsində hazırlanmış məhsulların idxalını dayandırmaq haqda.
Referendumda İsveçrə əhalisinin 79%-i “Xeyr” dedi.
Qanun layihəsi keçmədi…
İnsanların humanistliyi də bir yerə qədərdir.
Yəni əndazəni aşmamaq lazımdır.
İsveçrə aşmadı.
Heyvanlar üzərində laboratoriya təcrübələrinə “Hə” deyilsəydi, qida sənayesindən tutmuş dava-dərmana qədər mağazaların rəfində heç nə qalmazdı.
Bu təcrübələr olmasa tibb necə inkişaf edər, preparatlar, peyvəndlər necə təkmilləşdirilər, yeniləri necə istehsal edilər?
Qısası, iş gəlib insana toxunanda, söhbət insan sağlığından gedəndə heyvansevərlər heyvanları ikinci plana atdılar.
İndi çıxsınlar ortaya heyvan hüquqlarını qoruma dərnəkləri və onların ayaqüstdə zorla duran, gündə bir ovuc həb içən aktivistləri, görüm çıxa bilirlərmi.
Əndazəni aşmaq olmaz çünki.
Həm bəzi yerlərdə heyvanlar insanlardan daha çox haqqa sahibdirlər.

İbrahim Nəbioğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar