Ərdoğan Azərbaycan səfərindən danışdı

21 Oktyabr 2021 14:37    219 Baxış   
Ərdoğan Azərbaycan səfərindən danışdı

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm”.

Dominant.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb.

"Bakı proqramda yoxdur, amma inşallah hava limanını açacağıq. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də danışdıq. O günkü proqramda, ümid edirəm ki, orada hava limanını və bir neçə magistral yolunu açacağıq və kənd təsərrüfatı ilə bağlı bəzi addımları atacağıq. Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətimiz dəyişməz olaraq qalır.
Yeri gəlmişkən, minaaxtaranları Azərbaycana verdik və veririk. Onlar da yüksək qiymətləndirilib. Bu maşınlar mina təmizləmə işində çox uğurlu idi".

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar