Ərdoğan Mərkəzi Bankın sədri ilə görüşdü

23 Noyabr 2021 19:31    1725 Baxış   
Ərdoğan Mərkəzi Bankın sədri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu ilə Ankarada görüşü baş tutub.

Dominant.az xəbər verir ki, görüş türk lirəsinin keçən həftədən bu günə davam edən kəskin ucuzlaşmasından sonra reallaşıb.

Görüşlə bağlı detallar açıqlanmayıb. Türkiyə Mərkəzi Bankı da mövzunu şərh etməyib.

Qeyd edək ki, bu gün də türk lirəsi dollar qarşısında 11% dəyərdən düşüb və dollar/TL məzənnəsi 13 lirə səviyyəsini keçib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar