“Ərdoğan sözünü tutan adamdır, kişidir” - Putin

17 Dekabr 2020 16:10    685 Baxış   
 “Ərdoğan sözünü tutan adamdır, kişidir” -  Putin
“Ərdoğan sözünü tutan adamdır, kişidir”.

Bunu bu gün Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxışında deyib.

“Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil” sualına cavab verən Rusiya Prezidenti tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib:

“Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm. Siz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dediniz. Bizim Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar