Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər

06 Fevral 2021 17:07    610 Baxış   
Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər

5 fevral 1905-ci il - Erməni terrorçuları tərəfindən Bakıda Sabunçu kənd sakini Ağarza Babayev vəhşicəsinə öldürülür. Həmin gün Bakıda daha 13 nəfər azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilir.

5 fevral 1919-cu il - Silahlanmış erməni saqqallıları Abdulluq Azərbaycan kəndinə hücum edərək 25 uşağı, 15 qadını və 50 kişini vəhşicəsinə qətlə yetirirlər. 114 ev yandırılır.

5 fevral 1919-cu il - Erməni yaraqlıları Muğanski hökümətinin əmri ilə Lənkəran qəzasında onlarla onları xarabalığa çevirirlər. Kəndlərin (Qədirli, Xallıcanlı, Köçəkli, Ərəbli, Həsənli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Eminli, Məmmədxanlı, Ağatənəli, Xırmandalı, Toxulacaq, Kərbalayi Abdullah Təkləsi və s.) əhalisi didərgin düşür. Biçarə kənd qadınlarının ismətinə təcavüz olunur.

5 fevral 1919-cu il - Kilani-Turani Azərbaycan kəndində erməni quldurları 10 kişini, 1 qadını, 1 uşağı öldürür, 170 evi yandırırlar.

5 fevral 1919-cu il - Erməni yaraqlıları Göyçə mahalının Daşkənd oymağına hücum edirlər. 21 azərbaycanlı qətlə yetirilir. El sənətkarı Aşıq Nəcəf girov düşür. Onu 2 gün ac-susuz çalıb oxumağa məcbur edirlər. Sonra onu Çaxırlı və Basarkeçər kəndləri arasında –Kültəpə adlı yerdə işgəncə ilə (kürəyinə qaynar samovar bağlayıb, küləyin əks istiqamətində qaçmağa məcbur edirlər) qətlə yetirirlər.

5 fevral 1919-cu il - Erməni silahlıları Göyçənin Şorca kəndinə hücum edirlər. Kəndin bütün kişiləri öldürülür. Uşaqlar təndirə atılır. Seçmə 8 qadın kənddən aparılır, 20 gün saxlanılır. Onlar şərəflərinə toxunulduqdan sonra buraxılırlar.

5 fevral 1990-cı il - 1987-ci ildən başlayaraq Ermənistandan 200 000 nəfərdən çox azəərbaycanlının qovulması prosesi başa çatır.

5 fevral 1992-ci il - Xocavənd rayonunun cənnətməkan Günəşli kəndi ermənilər tərəfindən işğal edilir.


6 fevral 1828-ci il - Erməni mənşəli çar generalı V.Mədətov baş komandanlığın göstərişi olmadan Təbriz yaxınlığında özbaşınalıq edərək talanlar törədir. Dinc əhaliyə qarşı silah işlədilir, xeyli sayda ölənlər olur.

6 fevral 1905-ci il - Ermənilər Bakı şəhərində dəhşətli,qanlı hadisələr törədir. Bakıda Rusiya hakim dairələrinin təhriki və erməni milyonçuları Balabek lalayev, Artyom Babayants, Akop Muradyan, Qriqori Sarkisyants, İsay Ter-Osipov və digər maqnatların havadarlığı ilə ermənilər planlı şəkildə günün günorta çağı, erməni kilsəsinin yanında, “Parapet” meydanında qətllər törədirlər. 18 nəfər adam ermənilər tərəfindən öldürülür, 33 nəfər yaralanır.
Bundan sonra Bakıda və quberniyanın digər yaşayış məntəqələrində davam edən şiddətli qırğınlar törədilir. Qan su yerinə axır.

6 fevral 1919-cu il - Erməni daşnakları Göyçə mahalının Məniman (Nəriman) kəndinə hücum edirlər. 29 kişi , 10 qadın, 12 uşaq ağır işgəncələrlə qətlə yetirilir. Onların cəsədləri eybəcər hala salınır, gözləri çıxarılır, qulaqları kəsilir. 37 evə od vurularaq yandırılır.

6 fevral 1919-cu il - Ermənilər kiçik bir Azərbaycan qışlağında çobanlara vəhşicəsinə divan tuturlar.

6 fevral 1920-ci il - Daşnak yaraqlıları Gümrüdə terror aktı törədirlər. 500 nəfər azərbaycanlı qətlə yetirilir.

6 fevral 1920-ci il - Nuxadan gəlmiş ermənilər Eçmiədzin qəzasında Xatınarx kəndinin yerli sakinləri ilə birlikdə qonşuluqda olan Qarğabazar müsəlman kəndinə hücum edərək evləri yandırır və camaatın var-yoxunu talayıb aparırlar.

6 fevral 1980-ci il - İsveçrənin Bern şəhərindəki türk səfirliyinin binası qarşısında səfir Doğan Türkmən öz maşınında ikən erməni terrorçusu tərəfindən atəşə tutulur. Səfir aldığı güllədən yaralanır. Terrorçu Maks Kledcan aradan çıxa bilirsə də, Marseldə tutulur və tədqiqat üçün İsveçrəyə qaytarılaraq istintaqa cəlb olunur. Məsuliyyəti CSAQ terrorçu dəstəsi öz üzərinə götürür...

6 fevral 1993-cü il - Ağdam rayonunun Sırxavənd kəndi yenidən ermənilərin əlinə keçir.

6 fevral 1993-cü il - Qazax rayonunun mərkəzi ermənilər tərəfindən artilleriya atəşinə tulur. 3 nəfər həlak olur, 10 nəfər yaralanır...

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar