Erməni yaraqlıları Qərbi Azərbaycanda 1350 nəfər Azərbaycan türkünü qətlə yetirir - Qanlı tarix

02 Fevral 2021 17:47    387 Baxış   
Erməni yaraqlıları Qərbi Azərbaycanda 1350 nəfər Azərbaycan türkünü qətlə yetirir -  Qanlı tarix

2 fevral 1806-cı il - P.D.Sisianov Abşeron ərazisinə daxil olur və general Zavalişinin hissəsi ilə birləşir. Bir neçə gündən sonra Bakı qalası atəşə tutulur. Xeyli ölən və yaralanan olur.

2 fevral 1826-cı il - Çar Rusiyası Qafqaz Qoşunlarının Ali Baş Komandanı A.P.Yermolov erməni generalı V.Q.Madatova Şəmkir istiqamətində hərəkət etməyi tapşırır. V.Q.Madatov Şəmkirə daxil olur. Burada çar rejiminə qarşı böyük narazılıq baş qaldırsa da, Valerian Qriqoryeviç bu narazılığı silah gücünə aradan qaldırır.
Əhaliyə amansızcasına divan tutulur. 2000 azərbaycanlı vəhşicəsinə qətlə yetirilir. Həmin dövrə aid olan tarixi sənədlərdə təxminən 15 kilometr ərazinin insan cəsədləri ilə örtüldüyü göstərilir.

2 fevral 1905-ci il - Erməni terrorçuları Bakı şəhərində milli zəmində ilk terror aktı törədirlər. Mühafizəçi əsgər cildinə girmiş erməni terrorçusu tərəfindən dustaq Aşurbəyov məhkəmə zalından çıxarılıb həbsxanaya aparılarkən yolda qətlə yetirilir.

2 fevral 1919-cu il - Pilimyan və Hişanyanın başçılıq etdiyi erməni daşnak dəstələri Gəncə quberniyasının Qızılvəng, Subasan, Şahab və digər kəndlərini dağıdır, əhalisini məhv edirlər. Qadınlar öldürülməzdən əvvəl zorlanır, uşaqlar isə diri-diri təndirə atılır.

2 fevral 1920-ci il - Erməni yaraqlıları Qərbi Azərbaycanın Şurakel və onun yaxınlığındakı digər yaşayış məntəqələrində əhalinin böyük hissəsi - əksəriyyəti uşaq, qadın, qoca olmaqla, ümumilikdə 1350 nəfər Azərbaycan türkünü qətlə yetirirlər.

2 fevral 1992-ci il - Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq və Zeyvə kəndləri ermənilər tərəfindən atəşə tutulur. Tələfat olur.

2 fevral 1992-ci il - Keçmiş Ağdərə rayonunun Manikli kəndinə basqın edən terrorçu ermənilər 1 nəfər azərbaycanlını qətlə yetirir, 2 nəfəri isə ağır yaralayırlar...

2 fevral 1993-cü il - Ağdam rayonunun Mərzili kəndi və digər yaşayış məntəqələri ermənilər tərəfindən atəşə tutulur. Tələfat və dağıntılar olur...

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar