Kiyevdə dörd azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.
Dominant.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov məlumat verib.
Onun sözlərinə görə, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb:
“Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır”.
Ukrayna mətbuatının yazdığına görə isə 50RV100 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen"dən açılan atəşlə Konovaltsya 36 B ünvanında, "Montekki və Kapuleti" restoranı yaxınlığında iki azərbaycanlı yaralanıb. Hadisə yerindən 9 mm-lik gilizlər götürülüb.
Yaralanan azərbaycanlılardan birinin adı Nicat Kərimovdur. O, ayağından güllə yarası alaraq Kiyev şəhər xəstəxanasına çatdırılıb. 20 yaşlı həmyerlimiz Azər Əsədov da ayağından güllələnib. Ancaq o, xəstəxanaya getməyib. Onların hər ikisi tələbədir.