Ermənilər mülki əhalini vurdu - ÖLƏN VAR

14 İyul 2020 12:09    738 Baxış   
Ermənilər mülki əhalini vurdu -  ÖLƏN VAR
Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub.

Dominant.az xəbər verir ki, bu barədə Oxu.Az-ın təmas xəttində olan əməkdaşı məlumat verib.

Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdü Əziz İzzət oğlu Əzizov vəfat edib.

Mərmi onun yaşadığı evin həyətinə düşüb.

Onun 70-dən yuxarı yaşı var idi.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da bu barədə öz "Twitter" səhifəsində yazıb:

“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıblar. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Təcavüzə son qoyun. Ermənistan rəhbərliyi onların hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir!"”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar