Ermənilər Qarabağda sülhməramlıları yandırmağa çalışdı

23 İyun 2021 15:06    820 Baxış   
Ermənilər Qarabağda sülhməramlıları yandırmağa çalışdı

İyunun 22-də Azərbaycanın işğaldan azad olunan Ağdam rayonunun ərazisində yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.

Dominant.az xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalında qeyd olunub.

“Ancaq yanğını müşahidə edən erməni tərəfi fürsətdən istifadə edərək növbəti dəfə təxribata əl atmağa çalışıb. Beləliklə, “ağıllı” ermənilər Xocalı rayonu ərazisində yerləşən otlaq sahəsini yandırmaqdan daha yaxşı bir şey fikirləşə bilməyiblər. Onlar bunu edərkən yanğının daha sonra Azərbaycan ordusu bölmələrinin istiqamətində yayılacağını fikirləşiblər.

Lakin “ixtiraçı” qonşularımız küləyin istiqaməti kimi elementar bir məqamı nəzərə almayıblar. Külək yanğını sülhməramlıların nəzarətindəki ərazilərə istiqamətləndirib. Nəticədə otlaq sahəsi və ferma yanıb”, – deyə “Caliber” qeyd edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar