Ermənilər Qaragöl istiqamətini minalayıblar

06 İyul 2022 13:35    3359 Baxış   
Ermənilər Qaragöl istiqamətini minalayıblar

“Aylar əvvəl yazmışdıq ki, Qaragölün ərazisində məskunlaşan azərbaycanlılar qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana çata bilirlər”.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Qeyd edilir ki, vəziyyət o qədər narahatlıq doğururdu ki, yerli ordu korpusu Gorusun Xoznavr kəndi ərazisinə təxminən bir kilometr uzunluğunda mina döşəmək qərarına gəlib.

Keçmiş icma başçısı Varo Qriqoryan bu xəbəri təsdiqləyərək əlavə şərh verməyib. Məlum olub ki, minalanma ilə bağlı yerli əhaliyə xəbərdarlıq edilməyib.

Kənddə atın həmin ərazidə minaya düşməsindən sonra sakinlər bu barədə biliblər.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar