Erməniləri təhqir edən məşhurun həbsi tələb olunur

12 İyun 2020 19:19    731 Baxış   
Erməniləri təhqir edən məşhurun həbsi tələb olunur
Bir müddət öncə erməni porno ulduz Kim Qardaşyan sosial mediada, türklərin ermənilərə qarşı “soyqırımı” törətməsi ilə bağlı paylaşım etmişdi. Sosial media fenomeni Murat Övüç də Qardaşyanın bu paylaşımına sərt reaksiya vermişdi. O, sosial media hesabında, “Siz ermənilər murdarsız. Sən kimsən ki, Osmanlı böyüklərimi vəhşi adlandırırsan”, - demişdi.

Dominant.az xəbər verir ki, bu paylaşımdan sonra Övüç barəsində “xalqı nifrətə və düşmənçiliyə təhrik” etmək iddiası ilə cinayıt işi açılıb. Prokurorluğa açıqlama verən Övüç, "Videomdakı çıxışım Kim Qardaşyan adlı Amerika vətəndaşı olan və Osmanlı İmperiyasının düşməni olan ermənilərə qarşı söylənmiş sözlər idi. O, bizim dəyərlərimizi alçaldan bir tərzdə danışdığı üçün mən də belə cavab verdim. Öz ölkəmdəki erməni vətəndaşlarımıza qarşı isə qəti şəkildə belə bir açıqlamam yoxdur. Mən 5-6 ildir ölkəmizdəki erməni vətəndaşlarımıza kömək edirəm. Onların dərnəklərinə də kömək edirəm. Həmin çıxışımın bəzi şəxsən tərəfindən təhrif edilməsi ilə bağlı açıqlama da vermişəm. İttihamları qəbul etmirəm”, - deyib.

Murat Övüçlə bağlı açılmış istintaq işi artıq tamamlanıb. Hazırlanan ittiham aktında Övüçün, "xalqı nifrətə və düşmənçiliyə təhrik etdiyi üçün" 9 aydan 1,5 ilədək həbs cəzası tələb edilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar