Ermənistan Mingəçevirə ballistik raket atdı - VİDEO

10 Oktyabr 2020 19:57    579 Baxış   
Ermənistan Mingəçevirə ballistik raket atdı -  VİDEO

Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "Skad" (SCUD) ballistik raketini buraxıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - PA rəsmisi qeyd edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar