Ermənistan Müdafiə Nazirliyi: "Müharibə zamanı yaydığımız informasiyaların 100 faizdən də çoxu yalan idi"

19 Noyabr 2020 14:53    183 Baxış   
Ermənistan Müdafiə Nazirliyi:  "Müharibə zamanı yaydığımız informasiyaların 100 faizdən də çoxu yalan idi"

"İstənilən dövlətin silahlı qüvvələrində informasiya mərkəzi var ki, onun qarşısına qoyulan tapşırıqlardan biri düşməni yanıltmaqdır. Yəni yalan məlumat, dezinformasiya yaymaqdır. Fəqət, belə prinsip var: 30 faiz dezinformasiya, yerdə qalanı həqiqət. Amma müharibə günlərində bizim Müdafiə Nazirliyinin yaydığı informasiyaların 100 faizindən də çoxu yalan idi".

Dominant.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-leytenant Movses Hakopyan bu gün İrəvanda deyib.

Onun sözlərinə görə, 44 günlük savaş boyunca Harsrun Hovvanisyan və Şuşan Stepanyan hər gün yalan danışdıqları, erməniləri əsassız olaraq "qələbəyə kökləyən" dezinformasiyalar yaydıqlarına görə ermənilər Qarabağ anlaşmasının niyə imzalandığını, Ermənistanın niyə kapitulyasiya etdiyini hələ də anlaya bilmirlər.

Elçin Alıoğlu

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar