Ermənistan növbəti dəfə həddini aşır - Türkiyə XİN

17 Avqust 2020 13:39    317 Baxış   
Ermənistan növbəti dəfə həddini aşır -  Türkiyə XİN
Ermənistanın Sevr sazişi ilə bağlı taxribatçı bəyanatından sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir.

Dominant.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı bəyanatından danışarkən deyib.

Ermənistanın bəyanatına yazılı cavab verən nazirlik sözçüsü bildirib: “Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yeri ilə bağlı yanlışlıq içində olduğunu görürük. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir. Ermənistanın Sevr sazişi ilə bağlı təxribatçı açıqlamasından sonra bu dəfə Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar