3 noyabr seçkiləri ərəfəsində Trampa ən böyük dəstəyi hazırda Azərbaycan qazandırmaqdadır - ABŞ-da kifayət qədər güclü təsirə malik erməni lobbisinin təcili atəşkəs sazişinin imzalanması üçün Trampa yalvardıqları və "Respublikaçılar"ın da bu durumdan maksimum dərəcədə bəhrələnməyə çalışdıqları göz önündədir.
İndi Tramp qarşıdakı 1 həftə ərzində ermənilər üçün yeganə xilaskara çevrilməkdədir.
Şübhəsiz ki, ABŞ-dakı seçkilərdə Trampın qələbə çalmasında maraqlı olan Azərbaycan tərəfi atəşkəsə riayət edilməsində və 29 oktyabrda Cenevrəyə planlaşdırılan görüşün də konkret nəticəylə yekunlaşmasında maraqlı olacaq.
Hakimiyyətə Qərbdəki erməni lobbisinin dəstəyi ilə gətirilən, onlar tərəfindən idarə olunan və bütün hesablarını da Bayden üzərindən quran Paşinyanın bu görüşə nə kimi təkliflərlə qatılacağı isə çox maraqlıdır.
O, ya bu danışıqları pozmamaq üçün Azərbaycanın bütün şərtlərini qəbul etməli, ya da daha bir həftə vaxtı uzatmağa çalışmalıdır ki, bunun da ermənilərə nə kimi itkilərlə başa gələcəyinin fərqindədir...
Qısa desək, Nikol qarşıdakı bir həftənin onun qədərini təyin etdiyini çox yaxşı bilir və hər iki halda da nəticənin eyni olacağını aydın görür!
Nəticə isə birdir: Ermənistan təslimçə sazişə onun dövründə, onun imzasıyla gedəcək!
Elxan Şükürlü