Ermənistanda Azərbaycan dilini bilən könüllülər yığılır - FOTO

26 Oktyabr 2020 15:54    979 Baxış   
Ermənistanda Azərbaycan dilini bilən könüllülər yığılır -  FOTO

Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb.

Bunun üçün bir sıra tələblər irəli sürülüb.

Maraqlı burasındadır ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Belə ki, könüllər rus, ingilis və Azərbaycan dillərini (ən pis halda, heç olmasa bunlardan biri - S.M.) yazılı şəkildə bilməlidir.

Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilib. Erməni könüllərdən xarici KİV-ləri izləmək, “Facebook”, “Instagram”, “Telegram”, “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbələrdə işləmək bacarığı da tələb olunur. Könüllülər hər gün saat 12:00-dan 18:00-dək iş başında olmalıdırlar.

Əslində, ermənilərin azərbaycanca bilən könüllülərə ehtiyac duymasının səbəbi bəllidir. Onlar bununla da azərbaycanca sosial şəbəkələrdə dezinformasiya, saxta xəbərlər tirajlamağa çalışırlar.


Ermənistanda Azərbaycan dilini bilən könüllülər yığılır -  FOTO


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar