Ermənistanda partlayış: hərbçilər yaralanıb

04 Noyabr 2021 22:11    2018 Baxış   
Ermənistanda partlayış:  hərbçilər yaralanıb

Ermənistan ordusunun hərbi hissələrindən birində baş verən hadisə nəticəsində bir neçə hərbi qulluqçu yüngül xəsarət alıb, bir nəfər isə ağır yaralanıb.

Dominant.az Unikal.org-a istinadən xəbər verir ki, Armavir poliqonunda məşğələ zamanı Arek adlı erməni əsgərinin ehtiyatsızlığı səbəbindən partlayış baş verib. Yüngül xəsarət alanlara hərbi hissənin tibb məntəqəsində yardım edilib.

Ağır yaralanan əsgər isə Təcili tibbi yardım maşını ilə Armavir şəhər tibb mərkəzinə aparılıb. Burada həyata keçirilən əməliyyat nəticəsində 19 yaşlı Arek adlı əsgərin barmaqları amputasiya edilib.

İctimaiyyətə məlumat verilməsə də, faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar