Evdə müalicə olunanlar 12 saatdan bir sorğu ediləcək

18 İyun 2020 19:21    384 Baxış   
Evdə müalicə olunanlar 12 saatdan bir sorğu ediləcək
Ölkədəki xəstəxanaların 85% doluluq dövrü yaşadığı müddət də olub.

Dominant.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı məlumat verib.

TƏBİB sədri qeyd edib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb: “Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq".

"Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək", - deyə R.Bayramlı vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar